Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yolların asfaltlanması işləri ilə tanış olub
17 noyabr 2025 | 17:18
Tovuzda abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Tovuz şəhəri İstiqlaliyyat küçəsi və Yuxarı Öysüzlü kəndini Tovuz şəhəri ilə birləşdirən küçəyə asfalt örtüyü salınıb.
Bununla əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov asfaltlanma işləri aparılan küçələrə baxış keçirib və ərazidə yaşayan sakinlərlə görüşüb.
Göstərilən diqqət və qayğıya rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






