Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yanıqlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Yanıqlı kəndində səyyar qəbul-görüşü keçirilib.
A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbinin binasında təşkil olunan səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı Yanıqlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həlli yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerində həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.