Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində yolların asfaltlanması işləri ilə tanış olub

01 noyabr 2022 | 09:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Tovuz rayonu da günü-gündən inkişaf edir. Aparılan abadlıq işləri çərçivəsində rayonun küçələrində asfaltlanma işlər davam etdirilir.

Yolların əsaslı təmir olunması proqramına uyğun olaraq bir çox küçələrə asfalt örtük salınaraq abadlıq işləri görülür.  Hazırda Tovuz şəhərinin Möhsün Axundov, Qasım Rzayev, Firuddin Əliyev, Hamlet Həsənov, Yusif Sadıqov, Məmməd Məmmədov, şəhər qəbristanlığının daxili küçəsi və Həzi Aslanov, Rövşən Məmmədov, Əhməd Cavad, İstiqlal küçələrinin dalanlarının asfaltlanması işləri həyata keçirilir.

Bununla əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov asfaltlama işləri aparılan ərazilərə gələrək görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

 

Keçidlər