Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qəribli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
08 iyun 2024 | 13:09
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun ucqar dağ kəndi olan Qəribli kəndində səyyar qəbul-görüşü keçirilib.
M.Quliyev adına Qəribli kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn Qəribli kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Qəribli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.