Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qaralar kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
27 iyun 2024 | 15:38
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun ucqar dağ kəndi olan Qaralar kəndində səyyar qəbul-görüşü keçirilib.
Səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula iştirak edən Qaralar kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Qaralar kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.