Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qaradaş kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

20 iyun 2024 | 08:01

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun ucqar dağ kəndi olan Qaradaş kəndində səyyar qəbul-görüşü keçirilib.

Qaradaş kənd ümumi orta məktəbin binasında keçirilən səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula iştirak edən Qaradaş kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Qaradaş kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər