Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Koxanəbi kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüş zamanı rayonun sərhəd kəndi olan Koxanəbi kəndinin sakinləri ilə görüşüb.
M.Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və Koxanəbi kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula iştirak edən Koxanəbi kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Koxanəbi kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.