Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Kirən kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
21 iyun 2024 | 16:35
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun ucqar dağ kəndi olan Kirən kəndində səyyar qəbul-görüşü keçirilib.
Elman Süleymanov adına Kirən kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Kirən kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti şəxslərə tapşırıqlar verilib.
Kirən kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.