Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov İbrahimhacılı kəndində səyyar qəbul keçirib

22 oktyabr 2026 | 17:33

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun İbrahimhacılı kəndində səyyar qəbul-görüşü keçirilib.

İbrahimhacılı kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən  idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən İbrahimhacılı kənd sakinlərinin müraciətləri dinlənilib. Səsləndirilən problemlərin araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumlara lazımi tapşırıqlar verilmişdir.

İbrahimhacılı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.  

 

 

Keçidlər