Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Həsənli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

11 may 2024 | 12:34

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun ucqar dağ kəndi olan Həsənli kəndində səyyar qəbul-görüşü keçirilib.

Məşədivəlilər kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Həsənli kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Həsənli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər