Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Göyəbaxan kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

24 iyul 2024 | 17:29

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşünü rayonun ucqar dağ kəndi olan Göyəbaxan kənd sakinləri ilə keçirib.

Səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbula iştirak edən Göyəbaxan kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.

Keçidlər