Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Əsrik Cırdaxan kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

04 aprel 2024 | 17:58

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əsrik Cırdaxan kəndində səyyar qəbul-görüşü keçirilib.

M.Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbin həyətində baş tutan  səyyar qəbulda Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov,  YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Əsrik Cırdaxan kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Əsrik Cırdaxan kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Keçidlər