Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Əlimərdanlı  kənd sakinləri səyyar qəbul-görüş keçirib

13 noyabr 2025 | 18:28

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Əlimərdanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

Əlimərdanlı kəndində keçirilən səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Əlimərdanlı kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar veribdir.

Əlimərdanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 

Keçidlər