Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Əhmədabad kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əhmədabad kəndində səyyar qəbul-görüşü keçirilib.
Əhmədabad kənd tam orta məktəbin həyətində baş tutan səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Əhmədabad kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Əhmədabad kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.