Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Düz Qırıqlı kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Düz Qırıqlı kəndində səyyar qəbul-görüşü keçirilib.
Düz Qırıqlı kəndində keçirilən səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə-müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn Düz Qırıqlı kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar veribmiş .
Düz Qırıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






