Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Çeşməli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

08 may 2024 | 20:23

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Çeşməli kəndində səyyar qəbul-görüşü keçirilib.

M.Novruzov adına Çeşməli kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Çeşməli kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Çeşməli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər