Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Çatax kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

02 may 2024 | 00:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Çatax kəndində səyyar qəbul-görüşü keçirilib.

RİH başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən səyyar qəbulda Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Çatax kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Çatax kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Keçidlər