Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Bozalqanlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
08 avqust 2024 | 18:32
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşünü rayonun Bozalqanlı kənd sakinləri ilə keçirib.
Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbula iştirak edən kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Sakinlər vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.