Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Böyük Qışlaq kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Böyük Qışlaq kəndində səyyar qəbul-görüşü keçirilib.
Səfərli kənd tam orta məktəbdə keçirilən səyyar qəbulda Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəliyin tərkibinə daxil olan kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.