Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Bayramlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

14 mart 2024 | 18:11

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Bayramlı kəndində səyyar qəbul-görüşü keçirilib.

Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbin binasında baş tutan  səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Bayramlı kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Bayramlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər