Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azaflı kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Azaflı kəndində səyyar qəbul-görüşü keçirilib.
Azaflı kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Azaflı kənd sakinlərinin müraciətləri dinlənilib. Səsləndirilən problemlərin araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumlara lazımi tapşırıqlar verilmişdir.
Azaflı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.






