Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Aşağı Quşçu kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib
05 sentyabr 2024 | 17:20
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşünü rayonun Aşağı Quşçu kənd sakinləri ilə keçirib.
İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Aşağı Quşçu kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.