Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ağbulaq kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Ağbulaq kəndində səyyar qəbul-görüşü keçirilib.
M.Hüseynov adına Ağbulaq kənd tam orta məktəbində keçirilən səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Ağbulaq kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həlli yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerində həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.