Rayon İcra Hakimiyyətinin başçısı Düz Qırıqlı kəndində səyyar qəbul-görüş keçirib
23 yanvar 2025 | 17:54
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Düz Qırıqlı kəndinin sakinləri ilə keçirib.
Düz Qırıqlı kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda iştirak edən Düz Qırıqlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Düz Qırıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.