Rayon İcra Hakimiyyətinin başçısı Düz Cırdaxan kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Düz Cırdaxan kənd sakinləri ilə keçirib.
Tovuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.