Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Cəlilli kəndində səyyar qəbul-görüş keçirib

06 mart 2024 | 18:19

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Cəlilli kəndinin sakinləri ilə keçirib.

Tovuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerində həllini tapıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Keçidlər