Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Bayramlı kəndində səyyar qəbul-görüş keçirib

12 mart 2025 | 17:55

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Bayramlı kəndində səyyar qəbul-görüşü keçirilib.

Bayramlı kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Bayramlı kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Bayramlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

 

Keçidlər