Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Azərbaycan Gəncləri günü” ərəfəsində gənc əsgər və zabitlərlə görüşüb

01 fevral 2023 | 17:46

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinin rəisi Xalid Abasov, Tovuz rayon Gənclər və İdman İdarəsi rəisi Sahib Ələsgərov, hərbi hissənin komandiri və şəxsi heyəti iştirak etmişdir.

Əvvəlcə hərbi hissənin ərazisində Tovuz hadisələri zamanı şəhid olan  hərbiçilərimizin əziz xatirələrinə yaradılmış abidə ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

RİH başçısı Məmməd Məmmədov hərbi hissənin şəxsi heyətini “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edərək qeyd etmişdir ki, bu ilki bayram müasir və müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qeyd olunur. Ümummilli Lider tərəfindən əsası qoyulan və hazırda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla  davam etdirilən dövlət siyasətində gənclərimiz, onların təhsili, sağlamlığı və vətənpərvər ruhda böyümələri daim prioritet təşkil etmişdir. Bunun məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibəsi zamanı parlaq Qələbə qazanıldığı vurğulanmışdır.

Hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov  çıxış edərək, şəxsi heyətə öz təbriklərini çatdırmış, şərəfli və çətin peşələrində uğurlar və nəaliyyətlər arzulamışdır.

Hərbi xidmətdə fərqlənən “N” saylı hərbi hissənin qulluqçularına  Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.

Daha sonra “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə hazırlanmış tort kəsilmiş, hərbi hissənin şəxsi heyətilə birgə çay süfrəsi təşkil olunmuş, rayon rəhbəri süfrə arxasında əgərlərlə söhbət etmişdir.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin hazırladığı geniş bayram konserti ilə davam etmişdir.

Keçidlər