Rayon İcra Hakimiyyətinin başçısı Azaflı kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Azaflı kənd sakinləri ilə keçirib.
Azaflı kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonra RİH başşısı səyyar qəbulda qaldırılan bəzi məsələlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.