Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Mülkülü kəndində səyyar qəbul-görüş keçirib

29 fevral 2024 | 18:09

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Aşağı Mülkülü kəndinin sakinləri ilə keçirib.

H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Tovuz rayon Polis Şöbəsinin rəisi, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Aşağı Mülkülü kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Keçidlər