Rayon İcra Hakimiyyətinin başçısı Abulbəyli kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Abulbəyli kəndinin sakinləri ilə keçirib.
Nizami adına Mədəniyyət evində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerində həllini tapıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Abulbəyli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.