Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları məktəbli forması ilə təmin ediliblər
Tovuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni dərs ilində məktəblərdə təhsilini davam etdirəcək on üç Vətən müharibəsi şəhidinin 21 övladı məktəbli forması ilə təmin olunublar.
RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət edərək yeni dərs ilində məktəblərdə təhsilini davam etdirəcək şəhidlərin övladlarını bu münasibətlə təbrik edərək onlara dərslərində uğurlar diləyiblər. Görüşlərdə qeyd edilib ki, bütün şəhid övladları bizim üçün Vətənin müqəddəs əmanətidir və onların qayğısız böyümələri, firavan həyat sürmələri üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür və bundan sonra da görəcəkdir.
Şəhid ailələri və övladları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.