Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyətinin başçısı Məmməd Məmmədov Əlibəyli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

13 avqust 2025 | 18:55

Əlibəyli kəndində keçirilən  səyyar qəbul-görüşdə  rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar verib.

Əlibəyli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Keçidlər