Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyətinin başçısı Məmməd Məmmədov Dondar Quşçu kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib

21 avqust 2025 | 07:40

Dondar Quşçu kənd tam orta məktəbin binasında keçirilən səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbula iştirak edən Dondar Quşçu kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar verib.

Kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Keçidlər