Rayon İcra Hakimiyətinin başçısı Məmməd Məmmədov Aşağı Öysüzlü kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
07 avqust 2025 | 17:26
X.Cəfərov adına Qazıqulu kənd ümumi orta məktəbində təşkil olunan səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar verib.
Aşağı Öysüzlü kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.






