Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanılıb   

06 iyun 2025 | 16:21

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Müqəddəs Qurban bayramı müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır. Xalqımız beşinci ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi Qələbə ab-havasında qarşılayır. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkəmizdə həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsilir.

Qurban bayramı münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 1096 aztəminatlı ailəyə  bayram sovqatı paylanılıb.

Əziz tovuzlular Qurban bayramınız mübarək olsun!

Keçidlər