RİH başçısının növbəti səyyar qəbulu Ağdam kəndində baş tutub
Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşdə rayonun Ermənistanla sərhədində yerləşən Ağdam kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl çıxış edən Məmməd Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını bildirmiş, vətəndaşların, xüsusilə sərhəd kəndlərində yaşayan əhalinin sosial vəziyyətinin və rifahının daha da yaxşılaşdırılması üçün uğurla həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulamışdır.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb. Qeyd olunan məsələlərin bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.
Ağdam kəndinin sakinləri ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəklədiklərini bildirib və minnətdarlıq ediblər.