Şriftin ölçüsü :

Saytın rəngi :

Orxan Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada 31 Dekabr –  Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirib

29 dekabr 2022 | 15:25

Tovuz rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Tovuz bölməsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun adını daşıyan Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada 31 Dekabr –  Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tovuz RİH başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Aqşin Həsənov və Qızıl Aypara Cəmiyyətinin Tovuz bölməsinin sədri Qəməndər Məmmədov məktəbin şagirdlərini təbrik edərək, onlara möhkəm can sağlığı, nəaliyyətlər və yeni-yeni uğurlar arzulamışdır.

Tədbirdə uşaqlar arasında əyləncəli yarışmalar və intellektual oyunlar keçirilib. Daha sonra Yeni ilin rəmzləri olan Şaxta Baba və Qar Qızı tərəfindən iştirak edən uşaqlara yeni il hədiyyələri təqim olunub.

Keçidlər