Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Erkən nikah və fasadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

27 oktyabr 2022 | 11:48

Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində “Erkən nikah və fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional  Təhsil idarəsinin Tovuz sektorunun müdiri Elmira Mürşüdlü, rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Polis şöbəsinin əməkdaşları,  məktəb psixoloqları, valideynlər və şagirdlər iştirak etmişlər.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.

RİH başçısının müavini, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın sədri Təranə Bayramova çıxış edərək erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmadıqlarını və bu cür erkən nikahların sonradan onların həyatında bir sıra böyük fəsadlar yaratdığını qeyd etmişdir. Təranə Bayramova vurğulamışdır ki, həmin fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır.

Daha sonra çıxış edənlər – rayon Gİİ-nin rəisi Sahib Ələsgərov, Rayon Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü, Tovuz rayon Polis şöbəsinin əməkdaşı, polis mayoru İlham Məmmədov erkən nikahların qarşısının alınması ilə bağlı həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu bildirmiş, erkən nikahların qanuna zidd olduğunu qeyd etmiş və yol açdığı fəsadlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.

Sonda erkən nikah nikah və onun fəsadları ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Keçidlər