Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə “8 noyabr – Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

08 noyabr 2023 | 19:10

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, hərbi hissənin komandiri və şəxsi heyəti iştirak etmişdir.

Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunmuşdur.

Tədbirdə çıxış edən RİH başçısı Məmməd Məmmədov hərbi hissənin şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edərək qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində düşmən üzərində əzəmətli qələbə çalındı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil oldu. Bu gün Xankəndidə keçirilən Zəfər Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu qüruru sözlə ifadə etmək mümkün deyildir.

Hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov  çıxış edərək, şəxsi heyətə öz təbriklərini çatdırmış, şərəfli və çətin peşələrində uğurlar və nəaliyyətlər arzulamışdır.

Daha sonra “Şəhid ailələrinə qayğı cəmiyyəti”nin Göyçay rayon şöbəsinin sədri şəhid oğlu Eldəniz Rüstəmov, Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik Anar Əliyev atası Vaqif Əliyev, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, şəhid Ələsgər Rəhimovun bacısı Solmaz Ələkbərova, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, “Həmrəyllik” İctimai Birliyinin vitse-prezidenti Ruhiyyə Poladova, qazi Zaur Kazımov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüzü təmin olunmasını, Böyük Zəfərin ölkəmizə gözəl gələcəyi bəxş edəcəyini bildirmişlər.      

Çıxışlardan sonra hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi olub və xidmətdə fərqlənən bir qrup hərbçiyə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Daha sonra hərbçilərimiz xüsusi döyüş və döyüş hazırlıq nümunələri nümayiş etdirmişlər.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər