Şriftin ölçüsü :

Saytın rəngi :

Lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş kapitan Əliyev Elvin Gülməmməd oğlunun məzarı  ziyarət edilib

07 noyabr 2023 | 16:33

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri  və rayon ictimaiyyətinin nümayəndələri lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş Tovuz rayonunun Azaflı kəndində kapitan Əliyev Elvin Gülməmməd oğlunun qəbrini ziyarət edərək, ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri qoymuşlar.

RİH başçısı şəhidin valideynlərinə baş sağlığı verib, Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını Şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər