Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının ucqar dağ  kəndi olan Göyəbaxanda  səyyar qəbul-görüşü keçirilib

04 avqust 2023 | 18:38

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüş zamanı rayonun ucqar dağ kəndi olan Göyəbaxan kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbul-görüş aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul zamanı çıxış edən Göyəbaxan, Hüseynqulular, Qaraqatlı, Məşədiqulular, Nəsibli kəndlərinin sakinləri onları narahat edən problemləri dilə gətirmişlər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.

Keçidlər