İcra başçısının Tovuz şəhərində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuz şəhərində səyyar qəbul-görüşü keçirilib.
Tovuz Peşə Liseyinin binasında baş tutan səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Tovuz şəhər sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Tovuz şəhər sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.