Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbulu Əyyublu kəndində keçirilib

24 sentyabr 2025 | 19:49

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbulu rayonun Əyyublu  kəndində keçirilib.

Əyyublu kəndində keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri  iştirak ediblər.

Qəbulda Əyyublu kənd sakinlərini maraqlandıran məsələlər dinlənilib və səslənən müraciətlər ilə bağlı aidiyyatı idarələrə tapşırıqlar verilib. Müraciətlərin bəziləri yerində həll olunub, digərlərinin icrası isə nəzarətə götürülüb.

Əyyublu sakinləri regionlara göstərilən böyük diqqət-qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər