Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü Tovuz şəhərində keçirilib

27 noyabr 2025 | 18:22

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü Tovuz şəhərində keçirilib.

Tovuz  şəhərində keçirilən səyyar qəbul-görüşdə aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri  iştirak ediblər.

Səyyar qəbul-görüşdə iştirak edən Tovuz şəhər sakinləri onları narahat edən problemləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Tovuz şəhər sakinləri səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini bildiriblər.

Keçidlər