Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının rayonun Hacıalılı  kəndində səyyar qəbulu keçirilib

12 fevral 2025 | 18:26

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Hacıalılı kəndində keçirilib.

Hacıalılı kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən Hacıalılı  kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Hacıalılı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Keçidlər