İcra başçısının rayonun Dönük Qırıqlı kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Dönük Qırıqlı kəndində keçirilib.
Dönük Qırıqlı kəndində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda iştirak edən Dönük Qırıqlı kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Dönük Qırıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.