Şriftin ölçüsü :

Saytın rəngi :

İcra  başçısının Qədirli kəndində səyyar qəbulu keçirilib

07 dekabr 2023 | 19:03

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qədirli kəndində səyyar qəbul-görüşü keçirilib.

C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin  binasında baş tutan  səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Qədirli və Cilovdarlı kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qədirli və Cilovdarlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər