Şriftin ölçüsü :

Saytın rəngi :

İcra  başçısının Qaraxanlı  kəndində səyyar qəbulu keçirilib

21 dekabr 2023 | 19:20

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qaraxanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin binasında baş tutan  səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Qaraxanlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Qaraxanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər