Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar qəbulu Qaradaş kəndində baş tutub  

22 sentyabr 2022 | 18:05

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Qaradaş kəndində səyyar qəbul-görüş keçirib.

RİH başçısı kənd sakinləri ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin regionların inkişafına yönəldiyini bildirmiş, həmin siyasətin davamı olaraq rayonumuzda həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Daha sonra Qaradaş kənd sakinlərinin müraciətləri dinlənilib. Bəzi məsələlər yerində həll olunub, digər müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qaradaş sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Keçidlər